“Rusiya Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 16 May 2017 13:19

vahid

“Rusiya faktiki Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışı zamanı deyib.

O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır: “Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

V.Əhmədov onu da bildirib ki, Azərbaycan NATO ilə inteqrasiya yolunu tutmalıdır: “Amma bununla belə Rusiya ilə münasibətlərin yaxşı olması üçün səylərini davam etdirməlidir”.

V.Əhmədov eyni zamanda, Beynəlxalq Bankın ətrafında son günlər yaranmış duruma da toxunub. O, qeyd edib ki, bu bankdakı vəziyyət Azərbaycanın maliyyə bazarlarına təsir etmək gücündədir: “Hesab edirəm ki, dövlət televiziyasında aidiyyatı qurumların rəhbərləri yaranmış vəziyyətlə bağlı açıqlama verməli və vəziyyəti olduğu kimi izah etməlidirlər. Çünki bu, ciddi müzakirə obyektidir”.

Mürtəza

Gununsesi.info