Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR

Rusiya Xarici İşlər Nazirliyi Azərbqaycan-Erməniustran sərhədinin Tovuz rayonu istiqamətində baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.

Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva təmas xəttində gərginliyin yaranmasından narahatdır.

 

“Bizə daxil olan məlumata görə, döyüşlər davam edir. Ölənlər və yaralananlar var. Ölənlərin yaxınlarına və doğmalarına başsağlığı veririk. Regionun gələcək sabitliyinə təhlükə törədən gərginliyin davamını qəbuledilməz hesab edirik. Tərəfləri təmkinli olmağa və atəşkəs rejimini qorumağa səsləyirik” – deyə bəyanatda bildirilib.

 

Rusiya tərəfi vəziyyətin stabilləşməsi üçün öz səylərini göstərməyə hazır olduğunu da bəyan edib.

Gununsesi.org