Rusiya getdikcə Azərbaycanpərəst mövqe tutmaqdadır və bu, aydın hiss olunur.
Gununsesi.info xəbər verir ki, bu fikri Regional Araşdırmalar Mərkəzinin direktoru, erməni politoloq Riçard Kirakosyan “News.am”-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanpərəst mövqe tutan Kreml İrəvana təzyiq edərək, işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb edir. “Ona görə də Ermənistan öz təhlükəsizliyinin təminatı ilə bağlı olaraq Rusiyada ilə birlikdə ciddi qərarların qəbul edilməsi tələb olunur”- deyə, erməni politoloq vurğulayıb.
Rusiya-Azərbaycan münasibətlərinə toxunan erməni politoloq deyib ki, Moskva öz maraqları çərçivəsində siyasətini həyata keçirir və bu, bizi təəccübləndirməməlidir. “Bu gün Rusiya Azərbaycana bir nömrəli silah ixrac edən ölkədir”-deyə, o, bildirib.
Ermənistanın Rusiya ilə birgə hərbi qüvvələr yaratamasına mövqeyini açıqlayan politoloq deyib ki, bu qərar təhlükəsizlik məqsədi ilə verilsə də, Ermənistanın hərbi qüvvlərinin komandanlığının istənilən xarici ölkənin tabeçiliyinə verilməsi səhv addımdır: “Rus hərbçiləri ilə bərabərhüquqlu münasibətlərin qurulmasını gözləmək ağılsızlıqdır. Ordunun rus komandanlığı altına verilməsi yolverilməzdir. Bu, Ermənistanın suverenliyinin möhkəmləndirilməsi baxımından düzgün qərar deyil”. Politoloq əlavə edib ki, Ermənistan gec olsa da, istər özünün, istərsə də, Dağlıq Qarabağın təhlükəsizliyi baxımından tək olduğunu anlayıb.
Rusiyanın Qarabağ məsələsində sərgilədiyi mövqeini şərh edən erməni politoloq deyib ki, Moskva Qarabağ probleminin tənzimlənməsi məsələsində Qərblə birlikdə, Qərbin əleyhinə olmayan formada fəaliyyət göstərir: “Əgər belə demək mümkünsə, Ermənistan-Rusiya münasibətləri çox dərin böhran vəziyyətindədir. Rusiya Ermənistanı tamamailə öz təsir dairəsində olan ölkə kimi hesab etydiyindən, İrəvanin mövqeyinə yetərincə hörmət etmir. Əksinə, yeri gələndə aşağılayır”.
Türkiyə-Rusiya-İran arasındakı müansibətlərə toxunan politoloq bildirib ki, Türkiyə-Rusiya əlaqələrinin yaxşılaşması İrəvanın ziyanınadır: “Tarixin bizə verdiyi bir dərs var- nə zaman Rusiya-Türkiyə münasibətləri yaxşılaşır, biz hər zaman uduzuruq. Odur ki, bu əlaqələrin yaxınlaşmasından Ermənistan üçün təhlükə var”.
Rusiya-İran münasibətlərinə gəldikdə isə politolıq deyib ki, Tehran-Moskva yaxınlaşamsı İrəvanın regional proseslərdə, xüsusən də, Suriya məsələsində əhəmiyyətini itirir. “O baxımdan, Ankara-Tehran-Moskva əlaqələrinin normallaşamsı İrəvanın maraqlarına cavab vermir. Çünki Ermənistan byük güclər arasındakı oyunlarda ciddi ziyan çəkə bilər”- deyə, R.Kirakosyan qeyd edib.
Hazırladı Mürtəza
Gununsesi.info