Rusiya Azərbaycan və Ermənistanla çox əziyyətli işi davam etdirir -Peskov

“Rusiya həm Ermənistan, həm də Azərbaycanla dialoqda əziyyətli və mürəkkəb işi davam etdirir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sazişlərin və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Eyni zamanda, həm Ermənistan, həm də Azərbaycanla çox əziyyətli və mürəkkəb işi davam etdirir”, – Peskov bildirib.

Gununsesi.info