Rusiya Bakı ilə İrəvana çağırış etdi

  • By admin
  • 12 Yanvar 2023 14:21

“Rusiya İrəvanla Bakı arasındakı münasibətlərdə yaranan mənfi tendensiyalardan narahatdır”.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.

“Biz Ermənistan və Azərbaycanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birlikdə axtarmağa çağırırıq. Biz bu prosesi hər cür dəstəyimizi nümayiş etdirəcəyik”, – deyə Zaxarova qeyd edib.

Gununsesi.info