Rusiya bankları məzənnələri kəskin qaldırır

Rusiyanın ən iri banklarında əsas valyuta məzənnələrinin kursu kəskin şəkildə qalxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Dollar ortalama olaraq 90 rubla, avro isə 100 rubla təklif edilir.

Agentliyin məlumatına əsasən, ən yüksək kurs “Rosbank”dadır. Burada dollar 105 rubl, avro isə 115 rubldur.