Rusiya başa düşür ki, 5 ilin tamamımda qoşunlarını çıxarmalıdır -Deputat

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Rusiya və İranı Qarabağdakı təxribatçı hərəkətlərini tənqid edib. Gununsesi.info bildirir ki, deputat bunları deyib:

“İran Azərbaycanın müharibədəki qələbəsini qəbul edə bilmir. Bütün mümkün vasitələrdən istifadə etməklə, Zəngəzur dəhlizinin açılmasını, Türkiyə ilə quru yolla əlaqələrin bərpasına qarşı çıxır. Ermənistan ordusunun bərpasında iştirak edir, hər tərəfli dəstək verir. Son hadisələr göstərir ki, Ermənistanla kifayətlənməyən mollalar daha irəli gedərək, burunlarını Qarabağa soxmağa başlayıblar. Rusiyanın məqsədi isə, Qarabağda mövcudluqlarını qoruyub saxlamaqdan ibarətdir. Başa düşürlər ki, 5 ilin tamamında ərazini tərk etməlidirlər”.

Mətləb
Gununsesi.info