Rusiya Belarusa raket atdı

Səhər saatlarında Belarusun Brest vilayətinin Qorbaxa kəndi yaxınlığına S-300 hava hücumundan müdafiə sistemindən olan raket düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Belarus Qayun” məlumat yayıb.

Məlumatda deyilir: “VKontaktenin yerli ictimai səhifələrində məlumat yayılıb ki, bu səhər Qorbaxa kəndi yaxınlığında hava hücumundan müdafiə qüvvələri raketi vurub. İlkin məlumata görə, itki yoxdur.

Yerli ictimaiyyətin məlumatına görə, raket Brest vilayətinin İvanovo rayonundakı tarlada tapılıb. Yayımlanan görüntülərə əsasən, bunlar S-300 hava hücumundan müdafiə sistemindən olan raketin hissələridir.

Dekabrın 29-da səhər saatlarında Rusiya Ukraynanın enerji infrastruktur obyektlərinə hava və dəniz bazalı qanadlı raketləri, S-300 hava hücumundan müdafiə sistemi üçün idarə olunan zenit raketlərini buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın atdığı 69 qanadlı raketin 54-nü məhv edib.

Gununsesi.info