Rusiya koronavirusun yayılması səbəbiylə Belarusla sərhədləri bağlamaq qərarına gəlib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Naziri Mixail Mişustin açıqlama verib.
“Ölkəmizi bu yeni təhlükədən qorumaq üçün hər şeyi etməyə davam edəcəyik. Əvvəlcədən hərəkət etməli, koronavirusun kütləvi yayılmasının qarşısını almaq üçün hərtərəfli tədbirlər görməliyik”, – deyə Baş Nazir qeyd edib.
Xatırladaq ki, Rusiyada bu günə qədər 63 koronavirusa yoluxma faktı qeydə alınıb.