Rusiyada ziyalılar bu ölkənin tarixində hər zaman əhəmiyyətli rol oynayıb.Çar dövrü, sovet dövrü rus yazıçıları, alimləri, yaradıcı insanları idarəetmə sisteminin eybəcərliklərini açıq şəkildə bildiriblər.
Gununsesi.org rus yazıçısı Vladimir Sorokinin Almaniyanın “Die Velt” nəşrinə müsahibəsindən bir parçanı oxuculara təqdim edir:
“ Bu gün Rusiyada durgunluq hökm sürür , ölkə, bir avtomobil kimi, bataqlıqda qalıb, təkərlər yerində fırlanır, kir-palçıq hər tərəfə dağılır. Ümumi atmosfer 1983-1984-cü illəri xatırladır- çətin iqtisadi vəziyyətdir, hər kəs hakimiyyətdən bezib. O vaxt da heç kim inanmazdı ki, iki-üç ildən sonra radikal dəyişikliklər olacaq”.
Onun fikrincə, Rusiya hakimiyyəti rəqibləri qorxutmaq üçün hər şeyi edir. Yazıçı inanır ki, “praktiki olaraq hakimiyyətin bir növ paranoyası var, istənilən müxalifət qarşısında isterik bir qorxu var”.
“Hesab edirəm ki, Avropanın 100 ildir formalaşmış xristian etikasında güclü bir mövqe var. Bu insanlar arasında bir əlaqədir və iqtisadiyyatdan fərqli olaraq burda az şeylər dəyişdi. Rusiya Avropadan yüz il geri qalır. XX əsr burada insanlığa xas olan hər şeyi-, mərhəməti, dini məhv etmək cəhdi olmuşdur. İnsandan maşın düzəltmək istədilər. Bu tamamilə mümkün olmasa da, Avropanın qalan hissəsindən təxminən bir əsr geri qalır “, – deyə Sorokin hesab edir.
Yazıçının fikrincə, Putin sovet dövrünün nostalji həsrətini istifadə edir. Əhaliyə köhnə miflərlə yeni qablaşdırmada təqdim edir.