
Rusiya Avropa Birliyinin bir sıra nəşrlərinin yayım resurslarına girişi məhdudlaşdırır.
Gununsesi.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyasında yayımı artıq mövcud olmayacaq media resursları arasında Almaniyanın Der Spiegel, Zeit və Frankfurter Allgemeine Zeitung, İspaniyanın El Pais, İtaliyanın La Stampa və La Repubblica, Fransanın Le Monde və Libération qəzetləri, habelə European Politico və EUobserver yer tutur.
Bildirilir ki, departament bu qərarı bir gün əvvəl məlum olan Rusiya mediasının işinə qoyulan məhdudiyyətlərə cavab adlandırıb.
Xatırladaq ki, Aİ Şurası “Avropanın Səsi”, “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta”nın internet saytlarının Avropa İttifaqı ərazisində bloklanması barədə qərar qəbul edib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya mediasına qarşı sanksiyalar aradan qaldırılarsa, Moskva da cavab məhdudlaşdırıcı tədbirlərini nəzərdən keçirəcək.
Şəbnəm
Gununsesi.info