Rusiya bizə qonşu, Ermənistana isə müttəfiqdir - ƏLİYEVDƏN MÜHÜM BƏYANATLAR

  • By admin
  • 14 Avqust 2021 23:47

”Rusiya Ermənistanı silahlandırmağa başlayıb. Təbii, bu bizi narahat edir. Lakin nə qədər silahlandırsalar da qüvvələr nisbətini dəyişmək mümkün olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bunu “SNN Türk”ə müsahibəsində prezident İlham Əliyev deyib.

Prezident daha sonra əlavə edib ki, Rusiya Azərbaycana qonşu, Ermənistana müttəfiqdir.

Müharibədən sonrakı vəziyyətə toxunan Əliyev Ermənistanı məğlubiyyətdən nəticə çıxarmağa çağırıb:

“Ermənistanın yeni müdafiə naziri deyib ki, Azərbaycan 1sm Ermənistan ərazisinə keçsə, ona dərhal cavab veriləcək. Görünür onlar 44 günlük savaşdan yaxşı dərs çıxarmayıblar”.

Türkiyənin.Azərbaycana dəstəyinə gəlincə, prezident bunları deyib:

“Türkiyə bizə yalnız PUA-larla deyil, hər cür dəstək verdi. Türkiyənin bu mənəvi-siyasi dəstəyi bir sıra ölkələrin davranışlarına da çox ciddi təsir etdi. Türkiyə ilə Azərbaycan arasındakı ilişkilər sözdə deyil, işdədir. Tam əminəm ki, Türkiyə olmasaydı, ermənilərin havadarları savaşa burunlarını soxacaqdılar. Türkiyə bizim doğma Vətənimizdir”.

Günay

Gununsesi.info