Rusiya BMT-də Maliyə sanksiyaları veto etdi

  • By admin
  • 31 Avqust 2023 09:23

Rusiya Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının toplantısında Maliyə sanksiyalar rejiminin müddətinin daha 1 il uzadılmasını veto edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Moskva tərəfindən BMT-də sanksiya rejimi və Ekspertlər Panelinin yetkisinin uzadılması ilə bağlı qanun təklifi rədd edilib.

Fransa və BƏƏ tərəfindən təqdim edilən təklifə əsasən, Maliyə yönələn aktivlərin dondurulması və səyahət məhdudiyyətindən ibarət olan sanksiyalar 31 avqust 2024-cü ilədək, Ekspertlər Panelinin yetkisi isə 30 snetyabr 2023-cü ilədək uzadılmalı idi.

Rusiyanın qərarı vero edərək təmsilçisi Vasili Nebenziya təklifin Mali və Rusiyanın “narahatlıqlarını” gözardı ettiyini müdafiə edib.

Malinin Xarici İşlər Naziri Abdoulaye Diop 16 iyunda gerçəkləşdirilən BMT TŞ toplantısında ali qurumun çoxtərəfli İnteqrasiya Sabitlik Missiyasının “gecikmədən” ölkədən çəkilməsini istəmişdi.

Xatırladaq ki, 2017-ci ildən BMT Maliyə sanksiyalar rejimi tətbiq edir.

 

Tərcümə: Arzu

Gununsesi.info