Rusiya BMT-də rəzil duruma düşdü - DÜNYA UKRAYNA ÜÇÜN HƏMRƏYLİK NÜMAYİŞ ETDİRDİ

  • By admin
  • 13 Oktyabr 2022 08:29

BMT Baş Assambleyasında dünyanın 143 ölkəsi BMT Nizamnaməsinin müdafiəsi, Rusiyanın təcazüvünə qarşı mövqe sərgilənməsi və Ukrayna ilə həmrəylik üçün yenidən bir araya gəlib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, sessiyada Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərini ilhaq etmək üçün qeyri-qanuni cəhdlərinə, eləcə də beynəlxalq normaları pozmağa çalışan təcavüzkara qarşı mühüm birlik nümayiş etdirilib.

Azərbaycan yenə bu birlikdən və həmrəylikdən kənarda qalıb.

Belə ki, ölkəmiz  əvvəlki kimi İran, Venesuela, Türkmənistan və digərləri ilə birlikdə səsvermədə iştirak etməyib.
ADR Partiyasının lideri Qubad İbadoğlu isə bildirib ki, bu səsvermə Putinin beynəlxalq səhnədə tək qaldığının bir daha nümayişi olub.

“Onun son hərəkətləri ölkəsini daha da özünütəcrid vəziyyətinə salır. Səsvermə zamanı yalnız Belarus, Şimali Koreya, Suriya və Nikaraqua Rusiya ilə eyni mövqe sərgiləyib, 35 ölkə, o sıradan Çin və Hindistan bitərəf qalıb”.

 

Günay Təhməzova

Gununsesi.info