Rusiya BMT-nin üç orqanına seçkiləri uduzub

  • By admin
  • 09 Aprel 2023 09:34

Bu həftə Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) üç orqanına seçkilərdə məğlub olub. Bu barədə Associated Press məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya BMT-nin İqtisadi və Sosial Şurasının Qadınların Vəziyyəti Komissiyasındakı yer uğrunda mübarizədə Rumıniyaya məğlub olub.

Moskva bundan başqa UNICEF-in icraçı şurasına üzvlüyündə Estoniyaya, Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sədrliyi məsələsində Çexiya və Ermənistana uduzub.

Rusiya Sosial İnkişaf Komissiyasına seçilməsini isə ABŞ və Böyük Britaniya etirazla qarşılayıblar və Rusiyanın Ukraynaya müdaxiləsinin beynəlxalq hüquq normalarını pozduğunu bildirərək seçkidə iştirakdan imtina ediblər.

Bundan başqa Rusiya Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupuna da qoşulub.

Aprelin 1-dən Rusiya BMT Təhlükəsizlik Şurasının sədridir. Ukrayna Xarici İşlər Nazirliyi bunu “dünyada ən pis aprel zarafatı” adlandırıb.

Rusiyanın sədrliyi bir ay davam edəcək, bundan sonra sədrlik İsveçrəyə keçəcək.

Gununsesi.info