“Rusiya bölgədə güclü Azərbaycanın olmasında maraqlıdır” - Politoloq

  • By admin
  • 15 Noyabr 2016 17:04
ilqar
“Rusiya  bölgədə güclü Azərbaycanın olmasında maraqlıdır. Moskva onunla  müttəfiq olan güclü Azərbaycan vasitəsilə bölgədə öz siyasətini həyata keçirmək istəyir.Ona görə də indiki mərhələdə Rusiyanın Ermənistanla yaratdığı birgə hərbi qruplar  Azərbaycanın ziyanına deyil”.
 Bu fikri Gununsesi.info-ya açıqlamasında Cənubi Politoloqlar Klubunun  rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, onsuz da bu günə kimi  Ermənistan ordusu faktiki olaraq Rusiyanın nəzarətində idi. “Odur ki, Putinin Ermənistan və Rusiyanın birgə hərbi qruplarının yaradılması ilə   bağlı imzaladığı sərəncam növbəti addımdır. Çünki bunadək Ermənstanın hava məkanının müdafiəsi sistemi Rusiyanın  idarəçiliyinə verilib. Ancaq  Rusiya prezidentini bu sərəncamı ilə Ermənistanın Silahlı Qüvvələri  şərti müstəqilliyini də itirmiş oldu”- deyə, politoloq vurğulayıb.
Bununla belə politoloq hesab edir ki,  Putinin bu sərəncamı Azərbaycan üçün ismarıcdır. “Moskva bununla  Azərbaycana ismarıc vermək istəyir ki, hərbi tədarük  görəndə burada  gücün  kimin əlində olduğunu bilməlidir. Əslində Azərbaycan bunu bilir”- deyə, politoloq vurğulayıb.
Politoloqun fikrincə,  bu gün  rəsmi Bakının əsas məsələsi ondan ibarət olmalıdır ki, Dağlıq Qarabağ  münaqişəsinin  həllində bu gücləri neytrallaşdırsın. “Aprel  hadisələri göstərdi ki, düzgün siyasət nəticəsində   Rusiyanı Qarabağ münaqişəsinin güc yolu ilə həllində yetərincə neytral saxlamaq olar. Bu qüvvləri neytral vəziyyətdə saxlamaq üçün bizdə  yetərincə rıçaqlar var. Aprel döyüşləri bunu sübut etdi. Yəni,  Rusiyanı proseslərdən  kənarda saxlamaqla,  ermənilərin cəbhə xəttini asanalıqla  yarmaq mümkündür. Ona görə  növbəti mərhələdə də Rusiyanı proseslərdən neytral saxlamaq üçün işlər görülməlidir. Bunun üçün imkanlardan maksimum yararlanmaq lazımdır və bu imkanlar bizdə var”- deyə, o, bildirib.
Politoloq onu da deyib ki,  Rusiya Cənubi Qafqazda  təhlükəsizlik sisteminin pozulmasında maraqlı deyil. “Çünki bunun fəsadları çox pis ola bilər. Bölgədə xaos yaranarsa, o zaman Suriyadakı vəziyyətə yarana bilər. Odur ki, Moskvaya bölgədə güclü Azəebaycan və Azərbaycan vasitəsi ilə öz siysətini həyata keçirməkdə maraqlıdır”-deyə, o bildirib.
Mürtəza 
Gununsesi.info