Rusiya hərbi təyyarələri Suriyanın Deyr-əz Zor şəhərinində əməliyyat keçirib.
Gununsesi.info xəbər verir ki, Tu-22 bombardmançı təyyarələri İŞİD-ə məxsus obyektlərə zərbələr endiriblər.
Əməliyyatın uğurla həyata keçirildiyi bildirilib. Belə ki, terrorçulara məxsus silah-sursat anbarı və hərbi avadanlıqlar məhv edilib.
Qeyd edək ki, bu, Rusiyanın son 13 gündə 6-cı əməliyyatıdır.
Gununsesi.info