Rusiya: Böyük bir Ukrayna hücumunda yüzlərlə əsgər öldürüldü, düşmən geri çəkildi

  • By admin
  • 05 İyun 2023 12:34

Rusiyanın Müdafiə Nazirliyi yeni bir Ukrayna hücumunun olması ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirlik Ukrayna ordusunun rus nəzarəti altında olan bölgəyə 6 mexanikləşdirilmiş və 2 tank taburu ilə hücum etdiyini bildirib.

Rusiya Ukrayanın Donetsk bölgəsinin 5 fərqli nöqtəsində başlatdığı böyük bir hücumun geri püskürdüldüyünü və yüzlərlə “Kiyev tərəfdarı əsgərin” öldürüldüyünü vurğulayıb.

Ukraynanın Müdafiə Nazirliyi ilə rəsmi Moskvanın bu açıqlamasına dair bir cavab verməyib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info