Rusiya böyük problemlə ÜZLƏŞDİ

  • By admin
  • 15 Aprel 2022 12:26

Beynəlxalq daşıyıcılar Rusiya mallarını daşımaqdan imtina ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda bir sıra iri beynəlxalq daşıyıcıların, ilk növbədə, dost olmayan dövlətlərin əməkdaşlıqdan imtinası ilə bağlı müəyyən çətinliklər qeydə alınır. Avropa İttifaqının Rusiya nömrəli yük maşınlarının ölkəyə girişinə qadağa qoyması və Avropa sığortası ilə sığorta təminatının götürülməsi, Rusiya Federasiyası ərazisində yerləşən Avropa daşıyıcılarının şirkətlər üçün yük daşımasında müvəqqəti çətinliklər yaradır”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, Sənaye və Ticarət Nazirliyi Rusiya şirkətlərinə mövcud şəraitdə daşımalarla bağlı problemlərin həllinə kömək edir və vəziyyət nəzarətdə saxlanılır.

Gununsesi.info