Rusiya bu əraziləri də özünə birləşdirir - Vahid Alaniya

  • By admin
  • 31 Mart 2022 12:41

“Cənubi Osetiya subyekt kimi Rusiyanın tərkibinə daxil olmaq niyyətindədir. Bundan sonra hakimiyyət Şimali Osetiya ilə birləşmə proseduruna başlamağı planlaşdırır. Cənubi Osetiya Rusiya Federasiyasının tərkibinə daxil olarsa, Şimali Osetiya ilə vahid qurum ola bilər”. 

Gununsesi.info xəbər verir ki, bunu qondarma “Cənubi Osetiya” Prezidenti Anatoli Bibilov “Rossiya-24” telekanalının efirində bildirib.

“Bizim artıq Alaniya var: həm Şimali Osetiya – Alaniya, həm də Cənubi Osetiya – Alaniya əyaləti. Bu, artıq vahid Alaniyadır. Atmalı olduğumuz hüquqi addımlar var. Biz artıq Rusiya Federasiyasının bir hissəsi olanda, Rusiyanın daxilində subyektlərin birləşdirilməsi ilə bağlı prosedurlar olub. Bu gün Cənubi Osetiya Rusiyanın subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil ola bilər. Hesab edirəm ki, Osetiyanın birləşdirilməsi zəruridir”, – Bibilov bildirib.

O qeyd edib ki, “Cənubi Osetiya Respublikası” Rusiya ilə ona qoşulmaq üçün referendumun keçirilməsi ilə bağlı məsləhətləşmələr aparır: “Ən əsası, artıq rusiyalı həmkarlarımızla (Rusiya Federasiyasına daxil olmaq üçün referendumun keçirilməsi məsələsi ilə bağlı – red.) məsləhətləşmələr aparılır. Hüquqi addımlar isə ilk növbədə beynəlxalq hüquqa əsaslanmalıdır. Bunun üçün əsas var. Cənub Osetiya müstəqil dövlətdir və özü üçün vacib hesab etdiyi qərarları qəbul edə bilər. Bu qərar əslində Cənubi Osetiya xalqı üçün həyati əhəmiyyət kəsb edir. Bütün digər qərarlar Konstitusiyada öz əksini tapıb. Təbii ki, xalqın fikrini soruşmaq da lazım gələcək”.

A.Bibilov Rusiya ilə birləşməni strateji məqsəd adlandırıb: “Bu bizim yolumuzdur. Xalqın arzularıdır. Və biz bu yolla gedəcəyik və yaxın gələcəkdə müvafiq hüquqi addımlar atacağıq. Cənubi Osetiya Respublikası tarixi vətən – Rusiyanın tərkib hissəsi olacaq”.

Gununsesi.info