Rusiya Mərkəzi Bankı American Express bankının fəaliyyət lisenziyasını ləğv edib.
Gununsesi.info xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada American Express-in könüllü ləğv qərarı aldığı və bu səbəbdən bankın fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.
American Express, Ukrayna müharibəsindən sonra 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırdığını açıqladı.
Rusiya prezidenti Vladimir Putin may ayında imzaladığı fərmanla American Express-in könüllü ləğvinə icazə verib.