Rusiya bu gün vurduğu “Bayraqdar”ların sayını açıqladı

  • By admin
  • 10 Mart 2022 22:15

Rusiya ordusu Ukraynada keçirdiyi hərbi əməliyyat zamanı yalnız bu gün 68 hərbi obyekti məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“O cümlədən 2 idarəetmə sistemi, 12 maddi-texniki təminat, 3 “Osa” zenit-raket kompleksi sıradan çıxarılıb. Bu gün həmçinin havada Rusiya HHM sistemləri vasitəsilə bir MiQ-29, 3 “Bayraqdar TB-2” və bir “Toçka-U” taktiki raketi məhv edilib”, – Konaşenkov deyib.

Gununsesi.info