Rusiya bu ölkədəki konsulluq xidmətini dayandırır

  • By admin
  • 05 Sentyabr 2023 19:26

Rusiyanın Danimarkadakı səfirliyi sentyabrın 6-dan bütün konsulluq məsələləri ilə bağlı ərizə və sənədlərin qəbulunu dayandıracaq. 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım Danimarkanın rusiyalı diplomatik işçilərin sayını azaltmaq qərarına görə atılıb.

Rusiya XİN Danimarkanın diplomatik işçilərinin sayını azaltmaq tələbini düşmənçilik təzahürü olaraq adlandırıb.

Gununsesi.info