Rusiya bu ölkələrə XƏBƏRDARLIQ ETDİ

  • By admin
  • 09 Mart 2022 11:46

“Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar. Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya XİN-in Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq etdiyini deyən Zaxarova bildirib ki, Qərb Kremlə qarşı ayrı-seçkilik siyasəti aparır.

“Qərbin bizə qarşı ayrı-seçkilik siyasətini dayandırmaq üçün çoxlu imkanları var idi. Lakin onlardan istifadə etmək istəmədi. Biz Qərbin bu siyasəti ilə razılaşmayacağıq. Biz əvvəl yumşaq siyasət yolunu tutduq, amma sonra daha sərt ritorikaya keçdik. Çünki Qərb bizi başa düşmədi” – nazirlik rəsmisi qeyd edib.

Gununsesi.info