Rusiya bu şəhəri də işğal etdi – TƏFƏRRÜAT

  • By admin
  • 17 Fevral 2024 10:31

Ukrayna Silahlı Qüvvələrinin Komandanı Aleksandr Sırski əsgərlərin həyatını xilas etmək üçün Ukrayna qoşunlarının Avdeyevkadan çıxarılmasını elan edib.

“Mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim”, – general deyib.

A. Sırski mühasirəyə alınmayan kokslaşma zavodundan qüvvələrin çıxarılıb-çıxarılmadığını dəqiqləşdirməyib.

Gununsesi.info bildirir ki,  onun sözlərinə görə, yeni mövqelər gücləndirilir.

Beləliklə, Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildən bəri dəyişməmiş sonuncu müdafiə xətti çökdü.

Avdeyevkanın süqutu 2023-cü ilin mayında rus qoşunları Baxmutu ələ keçirdikdən sonra 1000 km-dən çox uzunluğa malik cəbhə xəttində ən böyük dəyişiklikdir.

Donetskdən cəmi 25 km məsafədə yerləşən Avdeyevka Rusiya üçün Baxmutdan daha çox strateji əhəmiyyətə malikdir.

“Yollar, qovşaqlar, hər şey: maddi-texniki təchizatın çox hissəsi Avdeyevka küçələri ilə bağlıdır” deyə Ukrayna Silahlı Qüvvələrinin 53-cü briqadasının piyada tağımının komandiri izah etdi.

Ukrayna Silahlı Qüvvələrinin Avdeyevkadan sonra növbəti möhkəmləndirilmiş ərazisi Konstantinovka – Kramatorsk – Slavyansk xətti ilə gedir, bu, Donetsk vilayətində Ukraynanın sonuncu sərhəddidir.

Gununsesi.info