Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbilərə, habelə onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, müvafiq sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.
“Söhbət Ukraynada hərbi əməliyyatlar başlayandan sonra müqavilə bağlayan əcnəbilərdən gedir. Bundan başqa, Rusiya vətəndaşlığını almaq imkanı bu müddət ərzində Rusiya Silahlı Qüvvələrindən təqaüdə çıxmış əcnəbi vətəndaşlar, həmçinin onların həyat yoldaşları və uşaqları üçün də olacaq”, – sənəddə qeyd edilir.
Gununsesi.info