Rusiya bu şəhərə təslim olmaq üçün vaxt verib? – MER

  • By admin
  • 04 Mart 2022 23:19

Xarkov şəhərinin meri rus ordusunun onlara təslim olmaq üçün 72 saat vaxt verməsi barədə yayılan məlumatları təkzib edib.

Gununsesi.info xəbər verir ki, şəhər meri İqor Terexov sosial şəbəkə hesabından yaydığı video-müraciətində bunun şayiə olduğunu bildirib.

O deyib ki, özü, ətrafı və müdafiə qüvvələri Xarkovu qorumaq üçün vuruşur.

Gununsesi.info