Rusiya bunu qəbul etməyəcək

  • By admin
  • 03 Dekabr 2022 18:11

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Moskva Rusiya neftinin qiymət tavanını qəbul etməyəcək.

Gununsesi.info xəbər verir ki, bundan əvvəl Aİ Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində olması barədə razılığa gəlib.

“İndi təhlil edirik. Bu səviyyə bizə uyğun deyil. Amma işin necə təşkil olunacağı haqda məlumatı tezliklə aparılacaq analizdən sonra verəcəyik”, – deyə Peskov bildirib.

Gununsesi.info