“Rusiya bununla ona rəqib qüvvənin olmadığını nümayiş etdirir” - DEPUTAT

  • By admin
  • 04 Aprel 2018 16:36

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspiysk şəhərinə köçürüləcəyini rəsmən elan etməsi, bölgədə ciddi bir rezonansa  səbəb olub.  Artıq  Rusiyanın Həştərxandakı donanmasını Kaspiyskə  köçürülüməsi “muskul” nümayişi kimi dəyərləndirlir.

Çünki Rusiya  müdafiə naziri sergey Şoyqu açıqlamasında deyib ki, Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib: 

“Orada hazırda nəhəng tikinti gedir, liman, xidmət məntəqələri, mənzillər və s. tikilir. Donanmada zabitlərimizin və hərbi qulluqçularımızın sayı dəfələrlə artırılacaq”.

Rusiya Xəzər donanmasının 2020-ci ilədək köçrülməsi planlaşdırılır.

Qeyd edək ki,indiyədək Kaspiyskdə Rusiyanın Xəzər donanmasının qüvvələrinin bir hissəsi dislokasiya olunub. Burada donanmanın beş hərbi bölməsi – 106-cı sahil mühafizə briqadası, 250-ci qvardiya gəmi diviziyonu, 242-ci gəmi desant diviziyonu, 410-cu əlahiddə dəniz piyada batalyonu, əlahiddə radiotexniki mərkəz yerləşir. Mahaçqalada isə sualtı diversiya dəstələrinə qarşı mübarizə üzrə 137-ci xüsusi təyinatlı dəstə dislokasiya olunub.

Rusiya onsuz da son illərdə Xəzər donanmasını durmadan gücləndirirdi. Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən ən yeni raket gəmiləri ilk növbədə Xəzər donanmasına verilirdi. Qeyd edək ki, sovet dövründə Xəzər donanmasının bazası Bakıda yerləşirdi. 1992-ci ildə bazanın qərargahı və qüvvələrinin əsas hissəsi Həştərxana daşındı.

Rusiyanın Xəzər donanmasını Həştərxandan  Dağıstanın Kaspiysk  şəhərinə köçürülməsini  məqsədi ilə bağlı deputatalar və politoloqların mövqeyini öyrənməyə çalışdıq.

Deputat  Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında deyib ki, burada  hər hansı yenilik yoxdur. “Rusiyanın bölgədə onsuz da çoxlu silahlı qüvvələri var. və Rusiya bu addımı ilə bölgədə hərbi gücününün  mövcudlğunu göstərməklə,  ona rəqib olan qüvvənin olmadığını nümayiş etdirir”- deyə, A.Mollazadə vurğulayıb. O əlavə edib ki, onsuz da  Xəzərdə Rusiya qədər heç kəsin donanması yoxdur.

 Donanmanın daha cənub sərhədinə köçürülməsinin Xəzər hövzəsində gözlənilən təhlükələrə gəldikdə isə Mollazadə  deyib ki, bu Rusiyanın uzun illərdən bəri  yürütdüyü məntiqi siyasətinin davamıdır və burada  yeni bir şey görmürəm: “Rusiyanın təhdid siyasəti hər zaman olub və bu siyasət indi də davam edir. Rusiyaöz gəlirini xalqın rifah halının yaxşılamasına yox,  gəlirin  böyük hissəsini öz hərbi gücünün artırılmasına yönəldir”.

Millət vəkili Rasim Musabəyov isə hesab edir ki, birincisi Həştərəxan sahilləri ilin dörd ayında  buz bağlaması Kremlə öz donanamasını Dağıstana köçürmək zərurəti yaradıb. “Çünki SSRİ dövründə Xəzər donanmaı ona görə Bakıda yerləşdirilmişdi ki, Bakı sahilləri buz bağlamırdı. indi Kaspiyskə köçürülüməsinin birinci hədəfi budur. İkinsi məqsəd isə ondan ibarətdir ki, son illərdə Dağıstanda vəziyyət  kifayət qədər gərgindir. Rusiya Dağıstanda mövqeyini möhkəmləndirməklə oradakı vəziyyəti nəzarətdə saxlamaq istəyir”- deyə, R.Musabəyov bildirib.

Politoloq Qabil Hüseynli qeyd edib ki, Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanması Dağıstanın Kaspiysk şəhərinə köçürməklə Xəzər dənizinə nəzarət etmək niyyətini güdür: “Bu da çox təhlükəli tendensiyadır. Cənubi Qafqazda ciddi problemlər var və bunlar bir dövlətin digər dövlət tərəfindən himayə edilməsi, ona lobbiçilik edilməsi nəticəsində yaranıb.

Rusiya bununla bölgəni barıt çəlləyinə çevirir”.

Mürtəza Bünyadlı

 Gununsesi.info