“Rusiya Çinə qarşı irəli sürülən ittihamları dəstəkləmir” - Valentina Matviyenko

  • By admin
  • 18 May 2020 22:47
Yeni növ koronavirus pandemiyasının yayılması ilə bağlı Çinə qarşı irəli sürülən ittihamlar əsassızdır.
Gununsesi.org xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Matviyenko Çinə qarşı aparılan istintaqa tamamilə qarşı olduqlarını söyləyib:
“Rusiya təbii ki, bu cür uydurma araşdırmalara, əsassız ittihamlara qarşıdır. Çinin üzərinə məsuliyyət qoymağa başladılar. Heç bir dəlil yoxdur”.
Gununsesi.org