
Rusiya, Çin və İran 22 dekabr 2019-cu il – 20 yanvar 2020-ci il tarixlərində Hind okeanında birgə hərbi dəniz təlimi keçirəcək.
Gununsesi.org-un İLNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran Hərbi-Dəniz Donanmasının komandanı kontr-admiral Hosseyn Xanzadi bildirib.
H. Xanzadi deyib ki, təlimin məqsədi müxtəlif hadisələrin, o cümlədən dəniz quldurlarının hücumunun baş verdiyi Hind okeanının şimalında kollektiv təhlükəsizliyi təmin etmək və təhlükəsizlik səviyyəsini yüksəltməkdir.
Üç ölkənin nümayəndə heyətləri təlimin ilkin planını oktyabr ayında hazırlayıblar.
Gununsesi.org