
Şimali Koreya hökuməti ilk dəfə olaraq Rusiyaya döyüşmək üçün qoşun göndərdiyini etiraf edib. Bu bəyanatdan sonra Rusiyanın qarşılıqlı dəstək bəyannaməsi özünü çox gözlətmədi. Kremlin sözçüsü Peskov “Lazım gələrsə, Şimali Koreyaya qoşun göndərəcəyik” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya hökuməti ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.
İki ölkə arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində reallaşan bu dəstək uzun müddətdir bütün dünyanın gözü qarşısında yaşansa da, Şimali Koreya tərəfindən bəyənilməyib.
Son bəyanat təsdiqləyib ki, Rusiyaya qoşun göndərmək qərarı ölkə lideri Kim Çen In tərəfindən şəxsən verilib.
Bu açıqlamadan sonra Rusiya tərəfi də dərhal dəstəyini açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov “Rusiya lazım gələrsə, Şimali Koreyaya hərbi dəstək də verə bilər” deyib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin keçən iyun ayında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Razılaşmanın “tərəflərdən birinə qarşı xarici hücum zamanı qarşılıqlı yardım”ın da yer aldığını bildirən Putin, “Rusiya imzalanan bu müqaviləyə uyğun olaraq Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı istisna etmir” deyib.
Orxan