
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən müxtəlif səviyyələrdə dialoq aparır”.
Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ali səviyyə daxil olmaqla, ən müxtəlif səviyyələrdə dialoq davam etdirilir. Bundan artığını deyə bilmərəm”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Hələlik üçtərəfli görüşdən söhbət getmir. Vəziyyəti nizamlamağa və onu silahlı qarşıdurma fazasından çıxarmağa kömək edən hər hansı təmaslar ancaq alqışlana bilər. Hazırda belə görüşdən söhbət getmir”.
Gununsesi.info
Gununsesi.info