
Rusiyanın Baş naziri Mixail Mişustin dörd ölkə ilə hava nəqliyyatının bərpa edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.
Bildirilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək.
Ölkənin Koronavirusla mübarizə üzrə Operativ Qərargahı sentyabrın 18-də dörd ölkə ilə hava reyslərin yeniləməsi haqqında bildirib. Qeyd edilir ki, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla hava əlaqəsi bərpa olunacaq. Cənubi Koreyaya reyslər bir az sonra – sentyabrın 27-də təşkil olunacaq.
Rusiya xarici ölkələrlə hava əlaqəsini martın sonunda dayandırıb.
Gununsesi.info