V.Putin xarici sərmayəçilərə məxsus olan “Danone” və “Baltika”-nın səhmlərinin müvəqqəti olaraq “Rusəmlak”ın idarəedilməsinə keçməsi haqda fərman imzalayıb.
Qeyd edək ki, 25.04.2023-cü il tarixində V.Putin Rusiyanın xaricdə yerləşən aktivlərinin müsadirə olunmasına cavab olaraq, Rusiyada yerləşən xarici aktivlərin müvəqqəti olaraq “Rusəmlak” komitəsinin idarəyə verilməsinə dair fərman imzalayıb. Fransaya məxsus olan “Danone” və Danimarkanın “Carlsberg” qrupuna məxsus olan “Baltika” şirkətinin səhmlərinin milliləşdirilməsi bu fərmana istinadən edilir. Həm “Danone”, həm də, “Baltika” öz səhmlərini satıb, Rusiyanı tərk etmək istəyirdi. Hər iki şirkət Rusiyada top 50 sərmayəçi sayılırdı. Səhmləri müsadirə olunan hər iki şirkət hökumətin qərarından təəcübləndiyini və öz hüquqlarını beynəlxalq arbitraj məhkəməsində qoruyacaqlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti Uniper və Fortum şirkətlərinin səhmlərinin milliləşdirilməsi haqda qərar qəbul edib.
Afət Abbasova
Gununsesi.info