Rusiya daha üç ölkəyə uçuşları bərpa edir

  • By admin
  • 14 Oktyabr 2020 16:18

Rusiya noyabrın 1-dən etibarən Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir.

Gununsesi.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.

HTML tutorial

Noyabrın 1-dən etibarən Serbiya (Moskva-Belqrad) və Kubaya (Moskva-Kayo-Koko, Moskva-Santa-Klara) həftədə iki reys, Yaponiyaya isə (həftədə iki dəfə Moskva-Tokio və bir dəfə Vladivostok-Tokio) həftədə üç reys yerinə yetiriləcək.

Bundan başqa, Rusiyadan İsveçrə, Maldiv adaları, BƏƏ və Belarusa uçuşların sayı artırılacaq.

 

 

Gununsesi.info