
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyada casusluqda şübhəli bilinərək Lefertovo həbsxanasında saxlanılan amerikalı jurnalist, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçlə görüşü təmin etmək üçün hələ də çalışır.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Qeyd olunur ki, ABŞ rəsmiləri Rusiyanın jurnalistə qarşı casusluq ittihamlarını “gülünc” adlandırıblar.
Gununsesi.info