Rusiya donanması daha 25 il Suriyada qala bilər

Rusiya donanması daha 25 il Suriyada qala bilər

Rusiya Suriyanın Tartusdakı Hərbi-Dəniz Donanmasına aid bazasını genişləndirməyə qərar verməklə yanaşı, hərbi bazanın daha uzun müddətə bu ölkədə qalması barədə saziş Dövlət Dumasında ratifikasiya olunacaq.

Gununsesi.info xəbər verir ki, rus donanmasının Suriyanın Tartus  limanında qalması ilə bağlı sazişin ratifikasiyası artıq Dövlət Dumasına göndərilib.

Sazişə əsasən rus donanmasının səlahiyyəti və statusu bu günkündən də çox olacaq. Bundan əlavə, Rusiya buraya istədiyi qədər canlı hərbi qüvvə göndərə bilər.

Tərəflər arasında hər hansı problem yaşanmazsa, donanmanın qalma müddəti daha 25 il uzadıla bilər.

Gununsesi.info

COMMENTS