“Rusiya Donbasla daha əvvəl birləşsəydi…” -PUTİN

  • By admin
  • 25 Noyabr 2022 19:24

Rusiyanın Donbasla birləşməsi daha əvvəl baş verməli idi.

Gununsesi.info Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Onun sözlərinə görə, Rusiya Donbasla daha əvvəl birləşsəydi, bəlkə də o zaman bu qədər qurbanlar olmazdı.

“2014-cü ildən bəri Rusiya Donbasın Ukraynanın tərkibinə qayıtması ilə razılaşmağa ürəkdən ümid edirdi, lakin insanların əhval-ruhiyyəsini tam hiss etmirdi”, – deyə Rusiya prezidenti vurğulayıb.

Gununsesi.info