Rusiya Donetskə hücum etdi: ölənlər və yaralılar var - VİDEO

  • By admin
  • 07 Dekabr 2022 21:32

Rusiyanın Donetsk vilayətinin Kuraxove şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.

“Avtobus dayanacağında, yanacaqdoldurma məntəqələrində və yaşayış binalarında yanğın baş verib. Ən azı 6 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb. Rusiya bunun əvəzini ödəyəcək”,-deyə prezident qeyd edib.

Gununsesi.info