“Rusiya dövlət quruluşu dağıla bilər”

  • By admin
  • 07 Yanvar 2017 17:15

kasparov

 

Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra Rusiyanın perspektivi çox dumanlı görünür.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı müxalif Harri Kasparovun öz saytında yerləşdirdiyi məqalədə yer alıb. O, məqaləsində Rusiyanın daxilində destabilizasiyaların yaşanacağını bildirib:

“Bu gün bizim ölkə çirkli energetik kimi çirkli siyasi texnologiyaların da tədarükçüsü hesab edilir. Hazırkı rejimin zamanında Rusiyanın pozitiv roluna, ümumiyyətlə, diqqət yetirilmir. Yeni dövrdə ölkənin vəziyyətinin necə olacağını söyləmək çətindir. Putin rejiminin çökməsi bütün dövlətçilik quruluşunun dağılmasına gətirib çıxara bilər. Yaxın gələcəkdə böyük ehtimalla Rusiyada böyük qarışıqlıqlar olacaq. Ona görə ki, qlobal silkələnmələr fonunda Rusiyanın daxili etirazların artmasından qaçması imkansızdır”.

Gununsesi.info