Rusiya dövlət agentliyi böyük itkiləri açıqladı, dərhal silindi…

  • By admin
  • 26 Fevral 2022 22:35

Ukraynaya hücumlarını davam etdirən Rusiya ordusundakı itkilərlə bağlı son dəqiqə açıqlama gəlib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın dövlət agentliyi TASS ilk dəfə rus hərbçilərinin itkiləri ilə bağlı məlumatları dərc etsə də, daha sonra məlumatları silib.

“26 fevral saat 12:00-a olan məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri hələ də nəzərəçarpacaq irəliləyiş əldə etməyib. Onlar Ukrayna xalqının gözlənilmədən güclü müqaviməti ilə üzləşirlər. Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, rus ordusunun itkiləri sürətlə artmaqda davam edir.

14 təyyarə (13 döyüş təyyarəsi və 1 İL-76), 8 helikopter, 102 tank, 536 zirehli texnika, 15 artilleriya qurğusu, 1 SAM BUK-I, 3 min 500-dən çox əsgər öldürülüb, yaralanıb və əsir götürülüb. Bu itkilər Çeçenistandakı iki müharibədən çoxdur”, – məlumatda bildirilir.

Gununsesi.info