Rusiya Dünya Çempionatından əvvəl qanuni oğrunu söhbətə çağırdı

  • By admin
  • 26 May 2018 13:17
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından əvvəl hüquq-mühafizə orqanları “qanuni oğru” Kvejoyeviçlə söhbət ediblər.

 Gununsesi.info “Ölkə.Az”-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları kriminal dünyanın nümayəndələrinin “haqq-hesab çürütmə” əməliyyatının qarşısını alıb.

Qanqsterlər “qanuni oğru” Quram Çixladzenin ad gününə toplaşıblar.

Quram bir sıra kriminal briqadaya rəhbərlik edir, ictimai yerlərdə tez-tez görünür. Bu səbəbdən çempionatdan əvvəl mafiya başçısı ilə söhbət edilib. Son dövrlərdə bu artıq onun ikinci saxlanılmasıdır. Çox güman ki, üçüncü həbslə nəticələnəcək.

May ayının 23-ü Quramın 34 yaşı tamam olub. Kriminal general ad gününü Moskvadakı restoranların birində qeyd etmək qərarına gəlib. Amma tədbirə polislərin də gələ biləcəyini düşünən “qanuni oğru” hiyləyə əl atıb. Ad gününün əvvəlində o, oğru titulu olmayan qanqsterləri çağırıb. Kriminal generallar və Quramın yaxın dostu “kiçik Kotik” məclisə gec təşrif buyurmalı idilər. Əməliyyatçılar bunu bilmirdilər və ilk təbriklər səslənən kimi restorana daxil oldular. Bu səbəbdən salonda tək bir qanuni oğru ilə üzləşdilər.

Qanqsterlərlə, xüsusən də Çixladze ilə uzun söhbət edilib. Quram son dövrlər bir sıra xırda işlərin təşkilatçısına çevrilir. Sui-qəsd ehtimalına qarşı qanuni oğru zirehli maşında cangüdənlərlə gəzir. Cangüdənlər onu hər yerdə müşayət edirlər. Çempionatdan əvvəl isə bir dəstə qanqsterlə gəzən adam arzuolunan deyil.

Söhbətdən sonra Çixladze buraxılıb.