Rusiya Ermənistana nota verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, etiraz notası ermənilərə Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan anlaşmaya əməl etmədiyi üçün verilib.
Rusiya Xarici İşlər Nazirliyi erməniləri son zamanlarda Amerika və Ukrayna ilə münasibətlərini yaxınlaşdırmaqda ittiham edib. Rəsmi İrəvanı “dost olmayan” addımlar atmaqda günahlandırıb.
Rusiya tərəfinin açıqlamasında son dönəmdə erməni siyasi elitlərin ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkila nəzdindəki münasibətləri zədələyə biləcək açıqlamalarından narahatlıq bildirilib. Ermənilərin Azərbaycanla münasibətləri normallaşdırmağa yönələn Rusiya ilə imzalanan anlaşmanın keçərliliyinə zərər vurula biləcəyi xatırladılıb.
Rusiya XİN-in açıqlamasıında bunlar vurğulanır:
“Bu çərçivədə erməni iqtidarı Beynəlxalq Cəza Məhkəməsi Roma Statusunun təsdiqləmə prosesini başladaraq, həm də Ermənistanın Baş nazirinin arvadı Anna Hakopyanın Kiyevdəki nasist rejimə insani yardımı çatdırmaq üçün Kiyevə getməsi və Amerikanın iştirakı ilə Ermənistanda əsgəri tətbiqat keçirməsi ilə bağlı son günlərdə bir sıra dost olmayan addımlar atıb.
Eyni səbəblərə görə, Ermənistanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə sərt bir təqdimat verildi. Etiraz notası verilib. Notada Ermənistanın Milli Məclisinin Başçısı Alen Simonyanın 6 sentyabrdakı Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovaya həqarətli açıqlamaları qəbuledilməzdir”.
Tərcümə: Arzu