Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir və noyabrın 23-də Minskdə keçiriləcək sammitdə erməni tərəfinin yüksək səviyyədə təmsil olunmayacağına təəssüflənir.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Təəssüf hissi ilə demək olar ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, biz Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, – Peskov qeyd edib.
Bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan və Xarici İşlər Nazirliyinin nümayəndələri bəyan ediblər ki, İrəvan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir.
Gununsesi.info