Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var

  • By admin
  • 01 Dekabr 2023 08:11

“Yuxarı Lars” keçid məntəqəsindən kənd təsərrüfatı məhsulları ilə dolu çoxlu yük maşını geri qayıdır.

Gununsesi.info axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” (“Ermənistan”) blokundan olan deputatı Qarnik Danielyan deyib.

O bildirib ki, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayırlar.

“Belə davam edərsə, iş adamları böyük, ciddi itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, – o, xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya “Yuxarı Lars” keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Bunun siyasi qərar olduğu və Rusiyanın Ermənistanı cəzalandırmaq üçün istifadə edildiyi bildirilir.

Gununsesi.info