Rusiya Ermənistanın mövqeyini hələ anlamayıb – Kremldən KTMT açıqlaması

  • By admin
  • 26 Fevral 2024 15:14

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulması ilə bağlı bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanla təmaslarını davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə fevralın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın mövqeyini “hələ anlamayıb”. “Müvafiq sənədlərin mətninə əsasən, belə bir de-yure rejim sadəcə mövcud deyil”, – Peskov davam edib.

O qeyd edib ki, Rusiya tərəfi bu məsələ ilə bağlı İrəvanla kifayət qədər tez-tez əlaqə saxlayır.

 

Gununsesi.info