Rusiya Ermənistan ordusunun təkmilləşdiriməsinə kömək etməyə hazırdır - ŞOYQU

  • By admin
  • 11 Avqust 2021 23:23
Rusiya Ermənistan ordusunun təkmilləşdiriməsinə kömək etməyə hazırdır”.
Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 11-də Moskvada ermənistanlı həmkarı Arşak Karapetyanı qəbul edərkən deyib.
Sergey Şoyqu qeyd edib ki, hazırda Ermənistan ərazisində Rusiyanın yaxşı təhciz olunmuş 102 saylı hərbi bazası yerləşir və bu baza regionda təhlükəsizliyə təminat verir.
“ Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın vacib müttəfiqidir və biz bu regionda sabitliyin qorununmasında olduqca maraqlıyıq”,deyə Rusiyanın müdafiə naziri vurğulayıb.
Gununsesi.info