Moskva məhkəməsi “Facebook” sosial şəbəkəsini 4 milyon rubl cərimələyib.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkənin rusiyalı istifadəçilərin məlumat bazasının lokallaşdırılması haqqında məlumatı verməkdən imtina etməsidir. Bu barədə hakim Aleksandr Mixalev bildirib.
O qeyd edib ki, “Facebook” “Fərdi Məlumatlar sahəsində Rusiya Federasiyası Qanunvericiliyinin pozulması” İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 8-ci bəndi üzrə təqsirli bilinib.
Qeyd edək ki, daha əvvəl məhkəmə serverləri Rusiyaya verməkdən imtina etdiyi üçün Tvitteri də 4 milyon rubl cərimələmişdi.
Gununsesi.org