Rusiya FaceTime-a məhdudiyyət tətbiq edir

Rusiya Roskomnadzoru Apple şirkətinin daxili video zəng xidməti FaceTime-a məhdudiyyətlər tətbiq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti agentliyi xəbər verib.

Roskomnadzor bildirib ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, FaceTime ölkədə terror hücumlarının təşkili, terrorçuların cəlb edilməsi, vətəndaşlara qarşı fırıldaqçılıq və digər cinayətlərdə istifadə olunur.

Qeyd edək ki, bundan əvvəl Rusiya hakimiyyəti Telegram-da video zəngləri bloklamağa və digər xidmətləri yavaşlatmağa başlamışdı. FaceTime iPhone, iPad və MacBook istifadəçilərinə internet üzərindən video və audio zəng imkanı təqdim edir.

 

 

Firuzə

Gununsesi.info